“Neftçi” Yeqor Boqomolski ilə yollarını ayırmağı planlaşdırır.
Apasport.az saytına verilən məlumata görə, “ağ-qaralar” onu göndərərək legioner limitini başqa futbolçudan yana istifadə etmək istəyir.
Məşqçilər korpusu da belaruslunun çıxışından razı deyil və daha güclü forvardın alınmasını istəyir.
Hazırda Boqomolskinin əvəzinə legioner futbolçu ilə danışıqlar gedir. Onunla maraqlanan azərbaycan klubları da var.
Belaruslunun isə müqaviləsinə xitam veriləcəyi, yoxsa icarəyə göndəriləcəyi ilə bağlı məsələ müzakirə edilir.
24 yaşlı futbolçunun “Neftçi” ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. O, 2022-ci ildə “Minsk”dən “Neftçi”yə keçmişdi. Yeqor bu mövsüm Premyer Liqada 9 matça çıxıb və cəmi 1 qol vurub.
- Avropa çempionatında iştirak edəcək millimizin heyəti açıqlanıb
- Azərbaycan Kuboku tarixində yalnız üç komanda titula yiyələndiyi mövsümdə bütün oyunlarda qələbə qazanıb
- Qazaxıstanın qapıçısı "Sabah"da
- Ceyhun Nuriyev: “Kim haqq edirsə, o da oynasın”
- "Turan Tovuz"un zədəli müdafiəçisi: "Azarkeşlər mənə çox böyük güc verdi"