
“Neftçi” və “Sabah” komandaları arasında keçiriləcək Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk matçının biletləri bu gün satışa çıxarılıb.
Apasport.az xəbər verir ki, "ağ-qaralar" biletlərin qiymətlərinə endirim tətbiq ediblər.
Belə ki, bu qarşılaşma üçün biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 3, 5, 15 və 20 manat təşkil edəcək.
Daha öncə üç kateqoriya üzrə bilet qiymətləri 3, 5, 10 azn idi.
Qeyd edək ki, biletlər "iticket.az" saytı və qarşılaşmanın keçiriləcəyi “Neftçi Arena”nın kassalarında satılacaq. "Neftçi" - "Sabah" görüşü aprelin 2-də, saat 19:30-da başlayacaq.
- Lider "Fənərbaxça"dan xal itkisi - VİDEO
- Ayxan Abbasov: "Bir az səbirli olsalar," Qarabağ"a rəqib olacaqlar" - Müsahibə
- “Molde”nin baş məşqçisi: "Qarabağ" çox güclü komandadır”
- İsveç millisi Azərbaycanla oyuna qara sarğıyla çıxacaq
- Şahrudin Məhəmmədəliyev: "Qarabağ"dan başqa da təkliflərim var idi" - Müsahibə