“Neftçi”dən azarkeşlərinə şad xəbər: KUBOK MATÇINA GİRİŞ PULSUZ OLACAQ
27.10.2025 - 21:45
“Neftçi”dən azarkeşlərinə şad xəbər: KUBOK MATÇINA GİRİŞ PULSUZ OLACAQ

Azərbaycan Kubokunun II təsnifat mərhələsində keçiriləcək "Neftçi" – MOİK matçına giriş pulsuz olacaq.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ödənişsiz biletləri yalnız "Neftçi"nin mobil tətbiqindən və ya "ağ-qaralar"ın rəsmi saytından onlayn şəkildə əldə etmək olar.

Bunun üçün mobil tətbiqə və ya qeyd olunan sayta daxil olaraq qeydiyyatdan keçmək və hər qeydiyyat üçün "Forza" və VIP xaric bütün sektorlara 1 ədəd biletə sahib çıxmaq mümkündür.

Stadionun kassasında isə bilet satışı olmayacaq.

Qeyd edək ki, "Palms Sports Arena"dakı "Neftçi" – MOİK matçı oktyabrın 29-da, saat 19:00-da keçiriləcək