“Neftçi”dən Brkiçlə bağlı qərar
25.05.2023 - 17:19

“Neftçi” qapıçısı İvan Brkiçlə bağlı qərarını verib.
Apasport.az saytının məlumatına görə, Bakı klubu 28 yaşlı xorvatiyalı ilə müqaviləni uzatmağı planlaşdırır.
“Ağ-qaralar” balkanlı qolkiperlə danışıqlara da başlayıb. İvanın özü də paytaxt təmsilçisində çıxışını davam etdirməyin tərəfdarıdır. Maliyyə məsələsini müzakirə edən tərəflər razılığa gəlsə, Brkiçlə yeni anlaşma imzalanacaq.
Qeyd edək ki, qolkiper cari mövsüm Premyer Liqada keçirdiyi 25 matçda 26 qol buraxıb.
- Qurban Qurbanovun qardaşı: "Dedi ki, gəl, səni "Qarabağ"a baş məşqçi qoyaq" - MÜSAHİBƏ
- Sabiq "Bavariya"lı Premyer Liqa klublarını maraqlandırır
- Rəşad Sadıqov: “Tovuzda xal və ya xallar qazanmaq çətin olur” - VİDEO
- Qasperini hakimlikdən narazıdır
- İdmançılarımız beynəlxalq turniri 2 medalla başa vurublar
0
0