“Neftçi”dən ilk transfer - RƏSMİ
14.01.2025 - 19:45
"Neftçi" yaponiyalı futbolçu Ryonosuke Ohorini transfer edib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçi "ağ-qaralar"ın heyətində 18 nömrəli formanı geyinəcək 24 yaşlı futbolçu ilə 5 ay + 2 il şərti ilə müqavilə bağlanıb.
Ohori futbola Yaponiyanın “Sanfreççe” klubunun akademiyasında başlayıb. Sonuncu klubu “Transinvest”in (Litva) heyətində 2024-cü ilin fevralından meydana çıxdığı 31 çempionat matçında 6 qola imza atıb. Orta xətt oyunçusu sürəti və driblinqi ilə də seçilir.
- “Barselona” azarkeşləri Messiyə qəzəbləndi
- Azərbaycanın iki sərbəst güləşçisi Rusiyadakı turnirdə bürünc medal qazanıb
- Qurban Qurbanov: "Böyümək üçün "Bayer"ə qarşı çəkinmədən mübarizə aparmalıyıq"
- AFFA rəsmiləri “Qarabağ”ın qonağı olublar - FOTO
- Rauf Mehdiyev: “Yusifin “sındığına” inanmıram” - MÜSAHİBƏ
0
0