“Neftçi”dən isveçli mütəxəssisə təqdimat
26.10.2023 - 12:07

“Neftçi”nin yeni idman direktoru Yens Andersonun təqdimat mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, bu vəzifəyə yeni təyin edilən mütəxəssis media nümayəndələri ilə görüşüb.
Tədbirdə “Neftçi”nin baş icraçı direktoru Fərrux Mahmudov və əsas komandanın baş məşqçisi Adrian Mutu da iştirak edib. Klub isveçli mütəxəssislə ötən ay 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 50 yaşlı Anderson buna qədər ölkəsinin AİK, Xorvatiyanın “Hayduk”, Danimarkanın “Orxus” kimi klublarında və İsveç milli komandasında idman direktoru vəzifəsində çalışıb.
- Aydın Bayramov: "Araz-Naxçıvan"la oyunun çətin və ağır olacağını bilirik" - Müsahibə
- "Sabah" latviyalı hücumçu ilə vidalaşıb
- Zamiq oynadı, "Eqnatiya" qalib gəldi
- “Neftçi”nin qatılacağı “Matç TV Kuboku”nun təqvimi açıqlandı
- Əfran İsmayılov: “Böyük futbolda oynadığım üçün mənə hörmət edirdilər” - MÜSAHİBƏ
0
0