“Neftçi”nin futbolçusu Kilan Lebonla bağlı qərarı bəlli olub.
Apasport.az saytının məlumatına görə, Bakı klubu fransalı legionerlə müqaviləni uzatmaq niyyətindədir.
26 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçisinin yeni anlaşma imzalamaq istədiyi legionerlər sırasında yer alıb. “Ağ-qaralar” qış transfer pəncərəsində heyətinə qatdığı Lebonu da buraxmaq niyyətində deyil. Ona bir illik müqavilə təklif ediləcək.
Cari mövsüm Premyer Liqada 12 oyun keçirən Lebon üç qol vurub. O, bunadək “Amyen”, “Paris”, “Şambli”, “Utrext”, “Kretey”, “Beroe” və “Astana” klublarında oynayıb.
Qeyd edək ki, yarımmüdafiəçinin “Neftçi” ilə 2023-cü ilin əvvəlində imzaladığı müqavilə 2024-cü il iyunun 30-da bitəcək.
- Vinisius ulduzlaşdı - Matçın ən yaxşısı seçildi
- Azərbaycan klubunun sabiq üzvü Gürcüstan millisini çalışdıracaq
- Azərbaycan - Portuqaliya oyununun hakimləri müəyyənləşdi
- Mahir Emrelinin komandasında baş məşqçi dəyişikliyi – “Rakuv” seçim etdi
- "Beşiktaş"ın futbolçusu "Mançester Yunayted"ə keçməyə yaxındır