"Neftçi"nin futbolçusu əməliyyat olunub
23.04.2025 - 11:33
"Neftçi"nin çiynindən zədə almış futbolçusu Emil Səfərov əməliyyat olunub.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçuda bazu oynağının təkrari çıxığı baş verib. Nəticədə o, İstanbulda artroskopik əməliyyat olunub.
Əməliyyatı uğurla başa çatan Səfərovun iki gün sonra Bakıya qayıdacağı, müalicə və bərpa prosesinə, təxminən üç aydan sonra isə məşqlərə start verəcəyi bildirilib.
Qeyd edək ki, E.Səfərov Misli Premyer Liqasının XXIX turunda, aprelin 7-də Şamaxı şəhər stadionunda keçirilmiş “Şamaxı” ilə matçda zədələnmişdi.
- Estoniya – Azərbaycan oyunu öncəsi keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub
- "Neftçi"nin futbolçusu: "Ağrılarım yoxdur" – MÜSAHİBƏ
- Mamardaşvili “Liverpul”la müqavilə imzalayacaq
- "Qarabağ" "Flamenqo"nun təklifini rədd etdi - Juninyo transferində son dəqiqə
- Belçika millisinin baş məşqçisi istefa verdi
0
0