“Neftçi”nin Konfrans Liqasının pley-off mərhələsi üçün potensial rəqibləri müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, püşkatmadan əvvəl UEFA “ağ-qaralar”ın mümkün rəqiblərinin sayını azaldıb.
Laurentsiu Reghemapfın yetirmələri III təsnifat mərhələsində Avstriyanın “Rapid” (Vyana) klubunu üstələyəcəyi təqdirdə 3 cütlükdən birinin qalibi ilə və ya Fransa təmsilçisi "Nitsa" ilə qarşılaşacaq. “Neftçi”nin cütü püşkatma zamanı səpələnmişlərdə olacaq.
Potensial rəqiblər:
"Nitsa" (Fransa)
“Hayduk” (Split, Xorvatiya) – “Gimaraeş” (Portuqaliya) cütünün qalibi
“Vaduts” (Lixtenşteyn) – “Konyaspor” (Türkiyə) cütünün qalibi
“Vikinq” (Norveç) – “Sliqo Rovers” (İrlandiya) cütünün qalibi
Qeyd edək ki, sabah keçiriləcək pley-off mərhələsinin püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da start götürəcək. Bu mərhələnin matçları avqustun 18-də və 25-də olacaq.
- “İnter”in “inci”si “Çelsi”nin hədəfində
- “Sabah”ın baş məşqçisi: “Qarabağ” böyük olmayan pullara çox keyfiyyətli oyunçular alır”
- Daha bir idmançımız “Prezident Kuboku 2024”-də medal qazanıb
- “Trabzonspor”dan baş məşqçisinə jest - maaşı artırıldı
- Fariz Nəcəfov: “Müharibədə ölməkdən bir an belə qorxmamışam” - VİDEO