"Azərbaycanın ən yaxşı klubunda oynayıram".
Apasport.az xəbər verir ki, bunu "Neftçi"nin legioneri Kilan Lebon bu gün keçirilən mətbuat konfransında deyib.
26 yaşlı fransalı ölkəmizi bəyəndiyini vurğulayıb: "Bura gələndə Azərbaycan haqqında məlumatım yox idi. Amma həmişə dostlarıma sizin qonaqpərvər olduğunuzu deyirəm. Məni evlərinə dəvət edənlər də olub. Bu yaxınlarda Qusara da getmişdim. İnanılmaz mənzərə və gözəl dağların şahidi oldum. Yeməklərinizin adlarını bilmirəm, amma bəyənirəm".
Qeyd edək ki, yarımmüdafiəçi ötən ilin qış mövsümündə Qazaxıstanın "Astana" klubundan "flaqman"a keçib.
- Azərbaycan klubunun sabiq üzvü Gürcüstan millisini çalışdıracaq
- “Neftçi” 3 xalı 3 qolla qazandı - YENİLƏNİB
- "Mançester Yunayted"dən inamlı qələbə, "Brayton" kubokla vidalaşdı
- "Qarabağ"ın futbolçusu AL-də həftənin ən yaxşı oyunçusu adına namizəddir
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb