Bizon Azərbaycan kubokunda yarımfinalçılar müəyyənləşib. “Qarabağ” 21-ci, “Zirə” 6-cı, “Sabah”la “Turan Tovuz” 2-ci dəfə 1/4 final səddini adlayıb.
Apasport.az xəbər verir ki, “Şamaxı” ilə mübarizədən qalib ayrılan (1:2, 3:1) “Qarabağ” Azərbaycan kubokunun rekorduna şərik çıxıb.
Ağdam klubu 21 dəfə finalın bir addımlığına qədər irəliləyən “Neftçi”yə çatıb.
İki matçın yekununda (0:0, 2:0) “Sumqayıt”ı üstələyən “Zirə” isə ən azı 6 dəfə yarımfinala yüksələn 7-ci komanda olub. Şərikli rekordçulardan başqa “Şamaxı” (12), “Qəbələ” (11), “Bakı” və “Xəzər Lənkəran” (hərəsi 8) da bunu bacarıb.
“Turan Tovuz” “Kəpəz”i (1:0, 2:0), “Sabah” “Qəbələ”ni (0:0, 3:3, pen.4:2) dayandırmaqla ən azı 2 dəfə yarımfinala yüksələn komandaların sayını 18-ə çatdırıb.
Qeyd edək ki, indiyədək 33 komanda 1/4 final səddini keçib.
- Avropanın ən uğursuz transferləri - "10-luq"
- “Trabzonspor” 19 yaşlı oyunçu üçün “Qalatasaray”a “yox” dedi
- "Ayaks"ın qolkiperi: “Qarabağ”a qarşı yaxşı oyun sərgiləməyə çalışacağıq”
- Şəhriyar Əliyev: “Ən azından üçüncü pillədəki yerimizi saxlamaq istəyirik”
- Avropa Qızıl Liqası: Azərbaycan millisi mübarizəyə başlayır