“Neftçi”nin rəqibindən yeni transfer
18.06.2022 - 10:03

“Neftçi”nin Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Aris” yeni transfer həyata keçirib.
Apasport.az saytının Kipr mətbuatına istinadən məlumatına görə, Limassol təmsilçisi Portuqaliyanın “Farense” klubundan yarımmüdafiəçi Mixlali Mayambelanı heyətinə qatıb.
Cənubi Afrikalı oyunçu yeni komandası ilə 2 illik müqavilə imzalayıb. Onun “Farense” ilə sözləşməsi bitdiyindən, “Aris”ə azad agent kimi keçib.
Qeyd edək ki, “Neftçi” ilə “Aris” arasında ilk oyun iyulun 21-də Kiprdə, cavab görüşü isə ayın 28-də Azərbaycanda keçiriləcək.
- Millimiz Qəbələdə keçirilən beynəlxalq turnirdə mübarizəni dayandırıb
- Seriya A klubu baş məşqçi ilə yollarını ayırdı
- Püşkatmaya doğru: Avrokuboklarda klublarımızın rəqiblərinin TAM SİYAHISI
- Türkiyəli məşqçidən gözlənilməz qərar: "Santyaqo Bernabeu"da məşq etməyəcəklər
- “Sumqayıt” “Neftçi”ni məğlub etdi - YENİLƏNİB
0
0