"Neftçi"nin Türkiyə toplanışı başlayıb
08.07.2024 - 15:57

“Neftçi” yeni mövsümə hazırlığını davam etdirir.
Apasport.az xəbər verir ki, “ağ-qaralar” hazırlığın Türkiyədə keçiriləcək ikinci mərhələsinə bu gün start verəcək. Bu barədə klubun mətbuat xidməti məlumat paylaşıb.
Təlim-məşq toplanışı iyulun 26-dək Türkiyənin Ərzurum bölgəsində davam edəcək. “Neftçi”nin hazırlıq çərçivəsində 4 yoxlama oyunu keçirməsi planlaşdırılıb.
Qeyd edək ki, “ağ-qaralar”ın təlim-məşq toplanışının Bakıda təşkil olunan ilk mərhələsini ötən həftə başa çatıb.
- Alvaro Morata: "Səudiyyə Ərəbistanı klublarına getmək fikrində deyildim”
- Sablyaçılarımız Çində keçiriləcək dünya birinciliyində mübarizə aparacaq
- “Səbail”in məşqçi və futbolçu heyəti üçün seminar keçirilib
- FIDE tərəfindən 11 yaşlı qrossmeysterə ustalığa namizəd dərəcəsi verilib
- PFL rəsmisi “İnter” - “Leyptsiq” matçına təyinat alıb
0
0