“Neftçi” PFK-nın 2026/27-ci illər mövsümü üçün hazırlıq planı müəyyənləşib.
Apasport.az xəbər verir ki, komanda iki mərhələdən ibarət təlim-məşq toplanışının birinci mərhələsini iyunun 20-dən 28-dək Bakıda – “Palms Sports” Futbol Mərkəzində keçəcək.
Toplanışın ikinci mərhələsi iyunun 29-dan iyulun 14-dək Sloveniyanın Moravske Toplitse şəhərində reallaşacaq. “Hotel Livada Prestige”də məskunlaşacaq komanda bu mərhələ ərzində 4 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar 2, 6, 10 və 13 iyul tarixlərində baş tutacaq. İyulun 2-dəki matçda rəqib Serbiya “Partizan”ı olacaq. Yoxlama görüşlərinin başlanma saatı və digər rəqiblər haqda daha sonra məlumat veriləcək.
Qeyd edək ki, “Neftçi” UEFA Konfrans Liqasında mübarizə aparacaq və yarışa II mərhələdən başlayacaq.