"Lokomotiv"in futbolçusu bu gün Bakıya gəlir.
“Neftçi” “Lokomotiv”in (Plovdiv) futbolçusu Alfa Kontenin transferini rəsmiləşdirməyə yaxındır.
Apasport.az saytına verilən məlumata görə, artıq tərəflər arasında razılıq əldə edilib.
Syerra-Leoneli yarımmüdafiəçinin özü də karyerasını “Neftçi”də davam etdirməyə razılıq verib.
23 yaşlı futbolçu ilə iki illik müqavilə imzalanacağı gözlənilir. Saytımıza daxil olan məlumata görə, Konte artıq bu gün Bakıda olacaq. O, tibbi müayinədən keçəcək. Hər hansı problem çıxmasa, onunla rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, Kontenin “Lokomotiv”lə müqaviləsi 2025-ci il iyunun 30-na qədər idi. Ölkəsinin “Sentral Parade” klubunun yetirməsi olan Alfa İsraildə “Umm Al-Fam”, “Rişon Lezion” klublarında da oynadıqdan sonra 2023-cü il matın 1-də Bolqarıstana yollanmışdı. O həmçinin Syerra-Leone millisinin də üzvüdür.
- Neymar: “PSJ-nin futbolçuları Messini anlamırlar”
- "Araz-Naxçıvan"ın kapitanı: "Mənim üçün meydanda rəqibin kimliyi önəm daşımır"
- Bakı Avarçəkmə və Kanoe İdman Klubunda tələbələr üçün təlim keçirilib
- Azərbaycan U-20 millisi Moldova və Yaponiya ilə yoldaşlıq oyunu keçirəcək
- Pol Poqba “Monako”da - RƏSMİ