“Nürnberq”in üzvü: “Əgər Mahir meydana köklənmiş vəziyyətdə çıxsa…”
23.04.2025 - 21:28

“Mahir əla keyfiyyətlərə malikdir. Bunu meydanda da görə bilərsiz”.
Apasport.az xəbər verir ki, bunu “Nürnberq”in futbolçusu Yulian Yustvan deyib.
27 yaşlı almaniyalı yarımmüdafəçi Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandada qalmasını istədiyini bildirib: “Əgər Mahir meydana köklənmiş vəziyyətdə çıxsa və ən yaxşı oyununu göstərsə, bizə çox köməyi dəyəcək. Onun “Nürnberq”də qalmasına xoşbəxt olaram”.
Qeyd edək ki, II Bundesliqanın “Paderborn”la oyununda (2:3) dubl edən Emrelinin hər iki qolunun ötürməsini Yulian verib.
- "Kəpəz" sponsorluq məsələsinə aydınlıq gətirdi
- Dövlət başçısı: "2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olub, 1700-ə yaxın medal qazanılıb"
- Tahir Gözəl: “Ən azı üç qol vurmalıydıq” - MÜSAHİBƏ
- Cavid Hüseynov "Turan Tovuz"u tərk etdi - Paytaxt klubuna gəlir
- Yayda gəldi, qış olmamış getdi - "Kəpəz"də ayrılıq
0
0