O, “Neftçi” üçün Bakıya gələcək
28.06.2022 - 10:54
“Neftçi”nin Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Aris” heyətini gücləndirməkdə davam edir.
Apasport.az saytının Kipr mətbuatına istinadən məlumatına görə, Limassol təmsilçisi Fransadan hücumçu alır.
“Aris” “Genqam”ın seneqallı forvardı Yannik Qomisin transferini yekunlaşdırmaq üzrədir. 30 yaşlı futbolçu ilə danışıqlar son mərhələdədir. Qomis yaxın günlərdə yeni komandası ilə münasibətləri rəsmiləşdirəcək.
Qeyd edək ki, “Neftçi” “Aris”lə ilk oyununu iyulun 21-də səfərdə, cavab görüşünü isə 28-də evdə keçirəcək.
- Osimhenlə komanda yoldaşı olmuş “Kəpəz”in forvardı: “Nəyin necə olacağını heç vaxt bilmək olmur” - Müsahibə
- Ayxan Abbasov: “Portuqaliya ilə matça yaxşı hazırlaşırıq”
- “Neftçi”nin baş məşqçisi bir oyunluq cəza alıb
- Anna Skidan qızıl medal qazanıb
- Taekvondoçularımız Prezident Kubokunda 3 medal qazanıblar
0
0