Olise DÇ-da rekord qırdı – Peleni geridə qoydu
19.07.2026 - 04:00
Fransa millisinin futbolçusu Maykl Olise bir dünya çempionatında ən çox məhsuldar ötürmə edən oyunçu olub.
Apasport.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi 2026-cı il dünya çempionatını 7 məhsuldar ötürmə ilə başa vurub.
Olise bununla da əfsanəvi braziliyalı Pelenin rekordunu yeniləyib. Pele 1970-ci ildə keçirilən dünya çempionatında 6 qol ötürməsi vermişdi.
Qeyd edək ki, Fransa millisi mundialı dördüncü pillədə tamamlayıb.
Komanda üçüncü yer uğrunda qarşılaşmada İngiltərəyə 4:6 hesabı ilə məğlub olub.
- Lazar Spasiç: "Sabah" kimi iddialı klubun baş məşqçisi təyin olunmaq böyük şərəfdir"
- “Mançester Siti”nin futbolçusu "Mançester derbisi"ni buraxacaq
- “Beşiktaş” Premyer Liqadan futbolçu transfer edir: MÜDAFİƏÇİ İSTANBULDADIR
- Futbol tarixinin mövqelər üzrə BOMBARDİRLƏRİ
- "Arsenal"ın sabiq qapıçısı: "Messi 50 yaşadək oynaya bilər"
0
0