"Avropa çempionatına böyük ümidlərlə yola düşmüşdük. Ermənistanın təxribatı nəticəsində bu ümidlər puça çıxdı. Onlar yenə də idmana siyasəti qatdılar".
Apasport.az-ın məlumatına görə, bunu Azərbaycan ağırlıqqaldıranı Ömər Cavadov deyib.
O bildirib ki, Azərbaycan bayrağının yandırılmasından sonra Azərbaycan millisinin İrəvanda qalması mümkün deyildi:
"Bu yarış bizim üçün önəmli olsa da, onların etdiyi hörmətsizlik müqabilində orada çıxış etməyimiz doğru olmazdı. Ona görə də qayıtmağa qərar verdik. Biz bu dəfə təxribata görə bayrağımızı qaldıra bilmədik. Amma növbəti yarışlarda bunu etməyə çalışacağıq. Bundan sonra Olimpiadaya lisenziya verən 5 yarışımız var".
- Karate federasiyasının Gəncədəki məşqçilərlə görüşü keçirilib
- Dünya kuboku: Fətəliyeva növbəti mərhələdə, Balacayeva mübarizəni dayandırıb
- Belçika – Slovakiya matçının ən yaxşı futbolçusu bəlli oldu
- “İlin məşqçisi” adına 6 namizəd açıqlanıb
- Branimir Subaşiç: "Neftçi" avrokuboklara düşə bilməsə, uğursuzluq olacaq" - Müsahibə