Ömər Cavadov lisenziya turnirində çıxışını başa vurub
04.04.2024 - 16:32
Tailandın Phuket şəhərində ağırlıqqaldırma üzrə dünya kuboku davam edir.
Apasport.az xəbər verir ki, Paris-2024 yay olimpiya oyunlarına lisenziya xarakterli son turnirdə Azərbaycan millisinin daha bir idmançısı – Ömər Cavadov körpücük üzərinə qalxıb.
O, 73 kq çəki dərəcəsinin “C” qrupunda yarışıb. Atletimiz toplam 328 kq (153+175) nəticə göstərib. Ömərin yekun sıralamadakı yeri yuxarı qruplardakı çıxışlar başa çatandan sonra müəyyənləşəcək.
Aprelin 11-də başa çatacaq yarışda 121 ölkədən 466 (235+231) atlet mübarizə aparır.
- Şahin Diniyev: "Neftçi"yə oynamağa imkan vermədik"
- Portqaliya millisinin baş məşqçisi: “İstədiyimiz nəticəni qazandıq”
- 86 illik tarixin 17-cisi – Emin Mahmudov
- UEFA İnkişaf Turnirində iştirak edəcək Azərbaycan millisinin heyəti bəlli olub
- Millinin baş məşqçisi: "Fiziki hazırlıq yüksək səviyyədə deyil"
0
0