"Zirə" təhlükəli rəqibdir".
Apasport.az xəbər verir ki, bunu "Osiyek"in baş məşqçisi Federiko Koppitelli UEFA Konfrans Liqasının III təsnifat mərhələsində qarşılaşacaqları "Zirə"ylə oyundan öncə Xorvatiya mətbuatına açıqlamasında deyib.
39 yaşlı mütəxəssis güclü rəqibə qarşı mübarizə aparacaqlarını bildirib: "Zirə" Avropa Liqasında çıxış edən komandalar səviyyəsindədir. Moldovanın "Şerif" komandasına penaltilər seriyasında məğlub oldular. "Zirə" təhlükəli rəqibdir. Görüşə yüksək səviyyədə hazırlaşmışıq. Pley-offa vəsiqə qazanmaq istəyirik".
Qeyd edək ki, avqustun 8-də keçiriləcək "Osiyek" - "Zirə" matçı Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab görüşü bir həftə sonra Bakıda olacaq.
- Transferinə ən çox pul xərclənən İNGİLİS FUTBOLÇULAR
- Reqekampfdan Arif Əsədova cavab: "Milliyə gedən futbolçular hazırdırlar"
- "Sabah" Çempionlar Liqasına hazırlaşır: Danışıqlar başlayacaq
- "Fənərbaxça" Argentina nəhənginin futbolçusunu istəyir
- Banişevskinin xatirəsinə həsr olunmuş "Bakı Kuboku" beynəlxalq turniri keçiriləcək