Parisdə Azərbaycanı onlar təmsil edəcək
11.01.2024 - 15:38
Parisdə keçiriləcək cüdo üzrə “Böyük Dəbilqə” turnirində ölkəmizi təmsil edəcək idmançıların adı açıqlanıb.
Apasport.az xəbər verir ki, Azərbaycan millisinin heyətində 9 kişi idmançısı gücünü sınayacaq.
Yarışda ölkəmizi Nazir Talıbov, Əhməd Yusifov (hər ikisi 60 kq), Rəşid Məmmədəliyev, İbrahim Əliyev (hər ikisi 73 kq), Səid Mollayi, Zelim Tçkayev (hər ikisi 81 kq), Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq) və Uşanqi Kokauri (+100 kq) təmsil edəcək.
Qeyd edək ki, beynəlxalq turnir fevralın 2-də strart götürəcək və 3 gün davam edəcək.
- “Azərbaycan stolüstü tennisinin uğurları təsadüfi deyil”
- İnzaqi üçün fantastik məbləğ: Səudiyyə Ərəbistanında sərvət qazanacaq
- "Qalatasaray" "Qarabağ" üçün Türkiyədə son hazırlığını başa vurdu - FOTOLENT
- De Bleker bu dəfə tərəf tutmadı: "Penalti gözləyirdik"
- Rahil Məmmədovun komandası liqanı tərk etdi
0
0