“PFL-in prezidenti vəzifəsini etibar etdikləri üçün AFFA və klubların rəhbərlərinə təşəkkür edirəm”.
Bunu apasport.az saytına açıqlamasında PFL-in prezidenti Elxan Səmədov deyib.
Qurumun dünən keçirilən Konfransında bu vəzifəyə seçilən futbol funksioneri görüləcək əsas işlərdən birinin VAR-ın tətbiqi olacağını bildirib: “Bildiyiniz kimi bu mövsümdə Azərbaycan Premyer Liqasında VAR tətbiq olunacaq. Bu yenilik oyunların daha maraqlı və şəffaf keçirilməsinə böyük köməklik göstərəcək”.
Prezident postunda Ramin Musayevi əvəzləyərək PFL-in tarixinə ikinci rəhbər kimi düşən Səmədov sponsor məsələsinə də toxunub: “Hazırda sponsorlarla danışıqlar aparılır. Böyük ehtimalla bu mövsümdən Azərbaycan Premyer Liqasında yeni sponsor olacaq”.
Qeyd edək ki, uzun müddətdir sponsoru olmayan Premyer Liqa vaxtilə “Unibank” və “Topaz”la əməkdaşlıq edib.
- “Neftçi”nin yeni baş məşqçisi haqda: “Uğur olmasa, məşuqəsinin azğın həyatından danışacağıq”
- Mançini Premyer Liqaya qayıda bilər
- Premyer Liqada mövsümün ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
- Azərbaycanlı jurnalistlərin “Roma” - “Feyenoord” oyununa PROQNOZU
- "Barselona" "Real"a 4 qol vuran forvardı almaq istəyir