Pley-off oyunlarının vaxtı müəyyənləşib
31.05.2024 - 22:45
I Liqada "Araz Saatlı" və "Cəbrayıl" komandaları arasında keçiriləcək pley-off oyunlarının vaxtı müəyyənləşib.
Apasport.az xəvər verir ki, ilk görüşə “Cəbrayıl” ev sahibliyi edəcək.
Qarşılaşma iyunun 9-u saat 18:30-da “ASCO Arena”da keçiriləcək. Cavab oyunu iyunun 15-də olacaq. İyun ayının 5-dək Saatlı Olimpiya İdman Kompleksinin stadionuna yayım və təşkilati məsələlər ilə bağlı baxış keçiriləcək. Təftişə əsasən cavab oyununun yeri və saatı açıqlanacaq.
Qeyd edək ki, hər iki oyunda "CBC Sport" telekanalı tərəfindən canlı yayım və VAR sisteminin tətbiqi nəzərdə tutulub.
- Klublar üçün danışılmış oyunlara qarşı sessiya təşkil olunub
- Ertem Şener İTV-yə müraciət etməyibmiş - Amma bu matçda şərhdə olacaq
- "Sabah" legionerini heyətdə saxlaya bilər
- "Qarabağ" və "Zirə"nin oyunları bir dəqiqlik sükutla başlayacaq
- Azərbaycanlı atıcıdan tarixi nəticə - DÜNYA ÇEMPİONATINDA REKORD QIRDI
0
0