“Plovdiv kuboku”nda iki medal
09.10.2023 - 13:07
Aerobika gimnastikası üzrə Azərbaycan yığma komandası növbəti medallarını qazanıb.
Apasport.az xəbər verir ki, təmsilçilərimiz “Plovdiv kuboku”nda fərqləniblər.
Bolqarıstanın Plovdiv şəhərində keçirilən yarışda idmançılarımız bir gümüş və bürünc mükafata yiyələniblər. Vladimir Dolmatov və Mədinə Mustafayeva cütlüklərin yarışında gümüş medala sahib çıxıblar.
Gimnastımız Vladimir Dolmatov fərdi yarışda da uğur qazanıb. O, çıxışını bürünc medalla tamamlayıb.
- Azərbaycan Basketbol Liqası hakimləri üçün yeni mövsüm öncəsi son seminar keçirilib
- Məşhur futbolçuya 9 il həbs - Narkotik qaçaqmalçılığı...
- “Siti” Braziliya millisinin üzvünü istəyir - 80 milyon avronu gözdən çıxarıb
- Avropa çempionatı: Daha 5 cüdoçumuz mübarizəyə qoşulacaq
- “Xankəndi” evdə, “Ağdaş” səfərdə qalib gəlib
0
0