“Turan Tovuz” heyətini yeni oyunçu ilə gücləndirib
Apasport.az xəbər verir ki, komanda son olaraq Sloveniya təmsilçisi “Olimpiya”da çıxış etmiş Xorxe Silva ilə müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı futbolçu ilə 2 illik sözləşmə bağlanıb.
29 yaşlı sağ cinah müdafiəçisi vətənində “Sportinq” B, “Leyşoeş” və “Pasoş Fereyra” klublarında da forma geyinib. O, həmçinin Portuqaliyanın U-18, U-19 və U-20 milli komandalarının üzvü olub.
Xorxe Silva ötən mövsüm “Olimpiya”nın heyətində 48 oyunda meydana çıxıb. Oyunların 13-nü UEFA Konfrans Liqasında, 33-nü Sloveniya çempionatında, 2-ni isə Sloveniya kubokunda keçirib.
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- "Sumqayıt" Azərbaycan millisinin üzvü ilə anlaşıb
- Qonsalu Ramuş: "Ronaldo hamı ilə danışdığı kimi mənimlə də danışdı"
- "Arsenal" və "Napoli"dən Kadıoğlu uğrunda mübarizə
- Qismət Alıyev: "Çalışacağıq ki, hər iki matçdan maksimum nəticə ilə ayrılaq" - Müsahibə