Premyer Liqa klubu Lunini heyətinə cəlb etmək istəyir
02.03.2024 - 14:51
"Real Madrid"in və Ukrayna millisinin qapıçısı Andrey Luninin karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, bu barədə “Todofichajes” nəşri məlumat verib.
Mənbənin xəbərinə görə, ukraynalı qolkiperlə "Nyukasl" maraqlanır.
İngilis klubu Luninə 6 milyon avro maaşla müqavilə təklif etməyə hazırdır ki, bu da onun "kral" klubunda aldığından xeyli çoxdur.
Zədəli belçikalı Tibo Kurtuanın yoxluğunda İspaniya təmsilçisinin əsas qapıçısı Lunindir. Andreyin Madrid nəhəngi ilə hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatır.
- “Fənərbaxça” və “Qalatasaray” istədi, İngiltərəyə qayıtdı
- Konfrans Liqası: Türkiyə klubları səfərdə qələbə qazana bilmədi
- Daun sindromlu və autizmli uşaqlar “Turan Tovuz”un qonağı olublar - VİDEO
- Vladimir Voskoboynikov: “Estoniya və Azərbaycan millilərinin şansı bərabərdir”
- Cüdoçularımız Belçikadakı Açıq Turnirin ilk günündə 7 medal qazanıb - FOTO
0
0