Premyer Liqa klubu satılır
30.09.2022 - 13:15
“Everton” sahibini dəyişməyə yaxındır.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubunun indiki sahibi Farhad Moşiri amerikalı biznesmen Matsek Kaminski ilə danışıqlara başlayıb.
Alqı-satqının 437 milyon avroya gerçəkləşəcəyi gözlənilir. Bunun üçün İngiltərə Premyer Liqasının təsdiqi də vacibdir. Kaminski klubu alsa, Premyer Liqada amerikalıların səhmdarı olduğu komandaların sayı 10-a çatacaq.
Qeyd edək ki, 7 oyunda 7 xal toplayan “Everton” turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.
- AMADA avarçəkənlər üçün seminar keçirib - FOTO
- Türkiyə I Liqasında baş məşqçi ayrılığı - 2 ay rəhbərlik etdi
- Azərbaycan kubokunda ilkin mərhələnin oyunları keçirilib
- Stankoviçin “Neftçi”dən gedişinin və digər klubumuzun təklifindən imtinasının səbəbi - MÜSAHİBƏ
- Mədət Quliyev Azərbaycan Velosiped Federasiyasının prezidenti postundan istefa verib
0
0