Premyer Liqa klubu Türkiyəyə yollanacaq
27.05.2025 - 20:53
“Araz-Naxçıvan”ın 2025-2026-cı illər mövsümü ilə bağlı hazırlıq planı dəqiqləşib.
Apasport.az xəbər verir ki, “qırmızı-ağlar” iyunun 14-dən iyulun 2-dək Bakıda məşq edəcək.
Hazırlığın ikinci mərhələsi Türkiyənin Ərzurum şəhərində reallaşdırılacaq. Komanda iyulun 3-də qardaş ölkəyə yola düşəcək.
Ayın 17-dək davam edəcək hazırlıq müddətində 4 yoxlama oyunu keçirmək planlaşdırılıb. Sparrinq-rəqiblər və tarixlər barədə əlavə məlumat veriləcək.
- Ölkə birinciliyinin zona yarışına start veriləcək
- AFFA-da hakimlər üçün seminar keçirilib
- Lionel Messi Kimdir? Futbol Dünyasının Əfsanəsinin Həyatı, Karyerası
- “Şəfa”nın baş məşqçisi: “Liqalar arasındakı fərq öz sözünü deyir"
- Ülvi İsgəndərov: "Qarşıdakı matç ən çətin oyunlardan biri olacaq" - Müsahibə
0
0