Misli Premyer Liqasının 2022/23 mövsümünün bombardirləri Ramil Şeydayev və Musa Qurbanlı “Qarabağ”ın 43 qoluna imza atıb.
Apasport.az saytının məlumatına görə, onlar müvafiq olaraq 22 və 21 dəfə rəqib qapısına yol tapıb.
Bu, bir komandada çıxış edən hücum cütlükləri arasında Azərbaycan çempionatları tarixinin 7-ci göstəricisidir. Mütləq rekord “Neftçi”nin 1992-ci ildəki tandeminin hesabındadır. Həmin vaxt Samir Ələkbərov 36, Yunis Hüseynov 29 dəfə fərqlənib. Cütlük ümumilikdə 65 qol vurub.
1. “Neftçi”, 1992 – 65 qol (Samir Ələkbərov (36), Yunis Hüseynov (29))
2. “Neftçi”, 1996/97 – 59 qol (Qurban Qurbanov (34), Samir Ələkbərov (25))
3. “Xəzər” (Sumqayıt), 1992 – 57 qol (Nazim Əliyev (39), Azər İsayev (18))
4-5. “Kəpəz”, 1993/94 – 46 qol (Fazil Pərvərov (27), İmamyar Süleymanov (19))
“Kəpəz”, 1995/96 – 46 qol (Fazil Pərvərov (23), Rövşən Əhmədov (23))
6. “Turan”, 1993/94 – 44 qol (Musa Qurbanov (35), Qurban Qurbanov (9))
7. “Qarabağ”, 2022/23 – 43 qol (Ramil Şeydayev (22), Musa Qurbanlı (21))
8. “Kəpəz”, 1992 – 42 qol (Mehman Allahverdiyev (30), Ceyhun Tanrıverdiyev (12))
- İslam Oyunları: Ağırlıqqaldıranımız gümüş medal qazanıb - YENİLƏNİB
- Lionel Messi Kimdir? Futbol Dünyasının Əfsanəsinin Həyatı, Karyerası
- Azərbaycanın stolüstü tennisçiləri Qazaxıstana getdilər
- Mirmehdi Rzayev: “Dünyanın ən güclüsü adını qazanacağıq” - MÜSAHİBƏ
- Elmar Baxşıyev: “Bu oyunu unudub, qarşıdakı matçlara baxacağıq”