Azərbaycan Premyer Liqasının XXXVI turunda azarkeş rekordu qeydə alınıb.
Apasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, son turun oyunlarını 24 300 tamaşaçı izləyib.
Bu isə mövsümün mütləq rekordudur. Bunadək ən yüksək göstərici XXXII tura təsadüf edib – 13 800 izləyici.
Ümumilikdə isə çempionatın 180 matçında 276 487 tamaşaçı olub. Orta hesabla hər oyunu 1536 azarkeş izləyib.
XXXII turun “Sumqayıt” – “Qarabağ” və XXXVI turun “Sumqayıt” – “Qəbələ” görüşlərini rekord sayda – 9300 nəfər izləyib. XXI turun “Sumqayıt” – “Neftçi” qarşılaşmasında bu rəqəm 8100-ə bərabər olub.
Ən çox tamaşaçı toplayan üç oyuna “Sumqayıt” ev sahibliyi etsə də, mövsümün ən çox tərəfdar toplayan komandası “Turan Tovuz” olub. Bu göstəricidə “Neftçi” üçüncüdür.
|
yer |
komanda |
oyun |
tamaşaçı |
orta |
|
1 |
Turan Tovuz |
18 |
73900 |
4106 |
|
2 |
Sumqayıt |
18 |
51516 |
2862 |
|
3 |
Neftçi |
18 |
31321 |
1740 |
|
4 |
Sabah |
18 |
26997 |
1500 |
|
5 |
Qarabağ |
18 |
22628 |
1257 |
|
6 |
Zirə |
18 |
20200 |
1122 |
|
7 |
Kəpəz |
18 |
14615 |
812 |
|
8 |
Səbail |
18 |
14190 |
788 |
|
9 |
Qəbələ |
18 |
10730 |
596 |
|
10 |
Araz-Naxçıvan |
18 |
10390 |
577 |
|
Cəmi |
180 |
276487 |
1536 |
- Azərbaycan Prezidenti: Bir neçə aydan sonra Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşasına başlanılacaq
- Rüfət Quliyev: “Avrokuboklarda yarımfinala qədər gedərlər” - MÜSAHİBƏ
- Marko Neqrinin Hekayəsi: Şotlandiyada Parlayan və Sönən Bir Ulduz
- "Siti"də kabus davam edir: "Artıq matçlarda qalib gələ bilmirik"
- Azər Bağırov ümidlidir: "Neftçi" ilə oyuna yaxşı köklənəcəyik"