Prezident İlham Əliyev Avropa çempionu olmuş Azərbaycan minifutbol yığmasını təbrik edib
05.06.2026 - 10:16
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Azərbaycan minifutbol millisinin Avropa çempionu olması ilə bağlı paylaşım edilib.
APA paylaşımı təqdim edir:
"2022-ci ildə Avropa çempionu, 2025-ci ildə dünya çempionu olmuş Azərbaycan minifutbol millisi ölkəmizin idman tarixinə daha bir parlaq səhifə yazaraq növbəti dəfə Avropa çempionu oldu. Bu qələbənin komanda idman növündə qazanılması ikiqat sevindiricidir.
Komandamızı bu möhtəşəm qələbə münasibətilə səmimi-qəlbdən təbrik edir, millimizə yeni-yeni uğurlar arzulayıram.
Yaşasın Azərbaycan!".
- Özbək şahmatçı Bakıda liderliyini qorudu
- Avropa nəhəngləri 18 yaşlı yarımmüdafiəçi üçün mübarizə aparır
- "Real Madrid" La Liqada məğlubiyyətsizlik seriyasını 30-a çatdırıb
- Millətlər Liqasında 7 matç: Mundialın finalçıları qarşı-qarşıya
- İspaniya futbolunda qalmaqal: Qapıçı rəqibinə yumruq atdı - VİDEO
0
0