Qadın futbolçularımız B Liqasına yüksəlib
02.12.2023 - 00:05
Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, C Liqasında yer alan milli komandamız 3-cü qrupun V turunda Kiprin qonağı olub.
Görüş yığmamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. 9-cu dəqiqədə Diana Məmmədova fərqlənib.
Beləliklə, xallarının sayını 13-ə çatdıran millimiz qrup liderliyini təmin edib və B Liqasına yüksəlib.
Qrupun digər görüşündə Monteneqro Farer adalarını 9 cavabsız qolla darmadağın edib.
- Vaqif Cavadov: “Hər oyun bizim üçün çox önəmlidir”
- Azər Bağırov: “Axır vaxtlar bir az emosional olmuşam”
- Azərbaycan Kuboku tarixində yalnız üç komanda titula yiyələndiyi mövsümdə bütün oyunlarda qələbə qazanıb
- “Neftçi”, “Zirə” və “Qəbələ”nin gözü Konfrans Liqasının püşkündə
- Uğur Pamuk: “Milliyə Qurban Qurbanov kimi baş məşqçi lazımdır”
0
0