"Araz-Naxçıvan"dan ayrılan Azərbaycan millisinin sabiq futbolçusu Qara Qarayev klub rəhbərliyinə təşəkkür edib.
Apasport.az xəbər verir ki, 33 yaşlı yarımmüdafəçi bu barədə sosial şəbəkədəki paylaşımda bildirib.
Təcrübəli oyunçu Naxçıvan təmsilçisi ilə vidalaşıb:
"Bütün rəhbərliyə, məşqçilər və həkim heyətinə, komanda yoldaşlarımın hamısına bu müddətdə mənə göstərdikləri hörmət və diqqətə görə təşəkkür edirəm. Komandaya növbəti ildə uğurlar arzulayıram. Hər şey üçün çox sağ olun".
Qeyd edək ki, "Araz-Naxçıvan" ötən gün Qara Qarayevlə yolların ayrıldığını açıqlayıb. O, klub rəhbərliyi ilə görüşərək, komandadan ayrılmaq istədiyini bildirib
- “Azərreyl”in finaldakı rəqibi bəlli oldu
- Azərbaycan millisinin "Türkdilli Ölkələr Turniri" üçün heyəti bəlli olub
- Azərbaycan avarçəkənləri Türkiyədəki turnirdə 3 medal qazanıblar
- Estoniya – Azərbaycan matçının hakimləri açıqlanıb
- Filip İvanoviç: “Sabah”ın “Qarabağ” üzərində qazandığı qələbə...” - MÜSAHİBƏ