“Qarabağ”ın qollu oyunlar seriyası qırılıb.
Apasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının ardıcıl 30 matçında qol vuran Ağdam klubu XXXII turun “Sumqayıt”la görüşündə rəqib qapısına yol tapmayıb – 0:1.
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv cari mövsüm bunadək yalnız ilk turun “Zirə” ilə görüşünü qolsuz tərk etmişdi. Həmin matç da eyni hesabla bitib.
Ardıcıl 30 qarşılaşmada qol vurmaq Azərbaycan çempionatları tarixində ikinci göstəricidir. “Qarabağ” 1993-1995-ci illərdə ardıcıl 33 oyunda qol sevinci yaşayan “Turan”ın rekordunun üç addımlığında dayanıb.
- İrəvandakı Azərbaycan idmançılarının vətənə qayıtması barədə qərar qəbul edilib - BİRGƏ BƏYANAT
- “Liverpul”u onlar alırlar – araşdırma başladı
- Fransa Superkubokunun qalibi bəlli olub - TARİXİNDƏ 14-cü dəfə
- Voyislav Stankoviç: "Neftçi"nin "Beşiktaş”la görüşdə "come back" etmək şansı...” - MÜSAHİBƏ
- Eriksson məşqçilik karyerasını bitirdi