"Qarabağ" - "Ayaks" oyununun biletləri satışa çıxarılıb
04.12.2025 - 15:08
UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək "Qarabağ" - "Ayaks" (Niderland) oyununun biletləri satışa çıxıb.
Apasport.az xəbər verir ki, satışa bu gün saat 15:00-da start verilib.
Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektorlar üçün 1000 manatdır.
Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.
Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək.
- Qurban Qurbanov: “Futbolun gözəlliyi budur ki, son saniyələrdə qol olur”
- Yığmamızın DÇ-2024-dəki rəqibləri bilindi
- Avropanın ən çox tamaşaçı toplayan klubları açıqlandı
- Cüdoçumuz Zelim Kotsoyev Dünya çempionu oldu!
- Millimizin İslandiya və Fransa yığmalarına qarşı matçlarının biletləri satışa çıxarılıb
0
0