“Qarabağ” ötən mövsüm olduğu kimi bu il də Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.
Apasport.az xəbər verir ki, bu, PSJ-nin ÇL-in finalına yüksəlməsindən sonra dəqiqləşib.
Qitənin ən nüfuzlu klub turnirinin finalçıları olan "İnter” və PSJ növbəti mövsüm üçün yarışın Liqa mərhələsinə vəsiqəni öz ölkəsinin çempionatından qazanıb. Nəticədə Çempionlar yolunun təsnifat mərhələlərində oynamalı olan ən yüksək reytinqli klub “Olimpiakos” (Yunanıstan) birbaşa liqa mərhələsinə yüksəlib. Bu isə 2-ci təsnifat mərhələsində bir komandanın azalması deməkdir.
Belə olduğu halda 1-ci təsnifat mərhələsində oynamalı olan iki ən reytinqli komanda mübarizəyə 2-ci mərhələdən başlamaq hüququ qazanır ki, bunlar da “Slovan” (Slovakiya) (33,500) və “Qarabağ”dır (32,000).
- Azərbaycan və Özbəkistan antidopinq agentlikləri arasında əməkdaşlıq memorandumu imzalanıb
- Liqa 1 çempionu ukraynalı futbolçu ilə anlaşıb
- "Karvan-Yevlax" - "Kəpəz" görüşünün baş hakimi dəyişib
- "Araz-Naxçıvan"ın məşqçilər korpusuna yeni mütəxəssis dəvət olunub
- “Turan Tovuz”un futbolçusu DÇ-2026-da - AZƏRBAYCAN TARİXİNDƏ İLK