"Qarabağ"ın Bakıda Xorvatiya təmsilçisi "Dinamo"ya (Zaqreb) qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununa indiyədək 28 000 bilet satılıb.
Apasport.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç üçün 30000-ə yaxın bilet satışa çıxarılıb.
Qapılar azarkeşlər üçün matçın start fitindən 2 saat əvvəl açılacaq.
Qeyd edək ki, avqustun 20-də Zaqrebdəki "Maksimir" stadionunda baş tutan "Dinamo" - "Qarabağ" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab görüşü avqustun 28-də, saat 20:45-də baş tutacaq.
- Saşa Yunisoğlu: “Qarabağ”ın oyunçusu olmasaydı, deyərdim ki, mütləq getməlidir” - MÜSAHİBƏ
- Jezuşun komandası çempionluq yarışında xal itkisi ilə üzləşib
- Millimiz AVRO-2024-ün pley-offunun bir addımlığında
- "Neftçi" yayın işini qışa saxlamır: Lebonla yollar ayrıldı
- Rahilin komandası növbəti dəfə məğlub oldu