"Qarabağ"ın hücumçusu Olavio Juninyo uğrunda mübarizə davam edir.
Apasport.az xəbər verir ki, Ağdam təmsilçisi onun "Flamenqo"ya keçidindən imtina edib.
"Qarabağ" futbolçusunu satmağa hazırdır. Lakin braziliyalıların ilkin təklifi Azərbaycan klubunu razı salmayıb.
"Qırmızı-qaralar" Juninyo üçün 4 milyon avro təklif etsələr də, Premyer Liqa təmsilçisi 6 milyon avro tələb edib.
Braziliya mətbuatında bildirilir ki, A Seriyası klubu hazırda yeni təklif üzərində çalışır. "Flamenqo" həmin məbləği qismən azaltmağa və daha yaxşı şərtlərlə yenidən "Qarabağ"a müraicət etməyə hazırlaşır.
Qeyd edək ki, Juninyo ilə "Sevilya" da yaxından maraqlanır.
- "Qarabağ" - "Ludoqorets" matçının biletləri satışa çıxarılır
- “Araz-Naxçıvan”ın futbolçularına danışılmış oyunlarla bağlı seminar keçirilib
- Cəfərov millimizin AÇ-də "qızıl" həsrətinə son qoydu
- Azərbaycanın ən güclü taekvondoçuları müəyyənləşdi - FOTOLENT
- İlin ən yaxşı klubu mükafatına namizədlər - Siyahı