"Qarabağ" Londona yollanıb - FOTO
24.09.2024 - 17:40

"Qarabağ" İngiltərəyə yola düşüb.
Apasport.az xəbər verir ki, komanda UEFA Avropa Liqasının Liqa mərhələsinin I turu çərçivəsində "Tottenhem"lə qarşılaşma üçün Londona yollanıb.
Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov Londonda keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq. Futbolçular isə yekun məşq üçün meydana çıxacaqlar.
Qeyd edək ki, sentyabrın 26-da keçiriləcək “Tottenhem” – “Qarabağ” oyunu Bakı vaxtı saat 23:00-da start götürəcək.
- İstanbulda “Qalatasaray”a şok: “Dinamo” ilk xalını qazandı - YENİLƏNİB
- Futbolun Dəyişən Qaydaları Oyuna Necə Təsir Edir?
- Gimnastlarımız dünya kubokunda iştirak edəcəklər
- İdmançılarımız Macarıstandakı turniri 2 medalla başa vurublar
- Azərbaycan futbolunda növbəti biabırçılıq - komanda meydana 10 nəfərlə çıxıb
0
0