“Qarabağ” legionerlərindən birini göndərməyi planlaşdırır.
Apasport.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi Fabyan Buntiçlə yollarını ayırmağı planlaşdırır.
Belə ki, Şahruddin Məhəmmədəliyevin dönüşündən sonra qapıçıların sayı daha da çoxalıb.
O qədər də yaxşı performans sərgiləyə bilməyən Buntiçin “Qarabağ”dan göndəriləcəyi, ən pis halda, icarəyə veriləcəyi gözlənilir.
Qeyd edək ki, 27 yaşlı qolkiper 2024-cü il iyulun 1-də Ağdam klubuna keçib və o, 2027-ci il iyunun 30-na qədər bu komandaya məxsusdur.
Buntiç “Qarabağ”a qədər “İnqloştadt”, “Vizela” komandalarının qapısını qoruyub.
- Sanço Bundesliqada rekord qırdı
- Qurban Qurbanov - 51! “Nə olardı, iki il, üç il də yaşayardı, mən tam başqa cür olardım” - VİDEO
- AFFA onu da milliləşdirir - Klub rəsmisi təsdiqlədi
- "Mançester Yunayted" Ronaldo ilə yollarını ayırdığını açıqladı
- Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır