Bu gün Avropa Liqasında mövsümün ilk püşkatma mərasimi keçirilib.
Apasport.az saytının məlumatına görə, III təsnifat mərhələsindən başlayan yarışda Azərbaycan çempionu “Qarabağ”ın mümkün rəqibi də bəlli olub.
Çempionlar Liqasının II təsnifat mərhələsində Polşa “Rakuv”u ilə görüşəcək Qurban Qurbanovun yetirmələri mübarizəni dayandırsa, yoluna Avropa Liqasında davam edəcək. Azərbaycan və Polşa çempionlarının duelində uduzan komanda ikinci dərəcəli klub turnirində HİK (Finlandiya) - "Molde" (Norveç) cütünün qalibi ilə qarşılaşacaq. “Qarabağ” Avropa Liqasına düşsə, ilk görüşü evdə keçirəcək.
Qeyd edək ki, III təsnifat mərhələsinin matçları avqustun 10-da və 17-də keçiriləcək.
- Qazaxıstan klubu Emil Balayevlə ayrılığı açıqladı
- "Azərreyl"dən avrokuboka uğurlu start - FOTOLENT
- Abdullah Zubir: "Pley-off mərhələsinə vəsiqə qazanmağa şansımız var" - Müsahibə
- Millinin heyətində dəyişiklik edilib
- Nazim Əliyev: “Bir balaca pul olan kimi o saat xaricdən oyunçu dəvət edirlər.” - MÜSAHİBƏ