“Qarabağ” Peşəkar Futbol Liqasına (PFL) rəsmi müraciət ünvanlayıb.
PFL-dən apasport.az saytına verilən məlumata görə, klub “Azersun Arena”da aparılan əsaslı təmir-bərpa işləri ilə əlaqədar olaraq ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirməklə bağlı dəyişiklik edilməsini istəyib.
“Qarabağ”ın müraciətini, “Azersun Arena”da aparılan işləri, Tofiq Bəhramov adına Respublika stadionunun mövsümün əvvəlindən Misli Premyer Liqası üçün qəbul olunduğunu nəzərə alan PFL VI turun “Sabah”la oyunundan etibarən ağdamlıların ev matçlarını növbəti rəsmi bildirişə qədər Respublika stadionunda keçirməsinə qərar verib.
Qeyd edək ki, “Qarabağ” “Sabah”ı sentyabrın 17-də, saat 19:30-da qəbul edəcək.
- Qurban Qurbanov qrup mərhələsinin püşkünü dəyərləndirdi
- "Trabzonspor" Portuqaliya klubunun iki futbolçusunu transfer edib
- “Futbolçular çox epizoda qeyri-ciddi yanaşırdılar“ - Qurban Qurbanov
- Vüsal İsgəndərli komandasını dəyişir - ”Kəpəz”ə “yox” deyib
- Saldanya: "Vurduğum qollardan sonra özümə inanıram" - MÜSAHİBƏ