“Qarabağ”ın Misli Premyer Liqasındakı məğlubiyyətsiz oyunlar seriyası qırılıb.
Apasport.az xəbər verir ki, IV turun 2024-cü il avqustun 24-də keçirilən “Turan Tovuz”la ev matçında 0:1 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri yenə eyni rəqibə məğlub olub. Ardıcıl 16 qarşılaşmadan xalla ayrılan Ağdam klubu yenə evdə, bu dəfə 1:2 hesabı ilə yenilib.
“Turan Tovuz” “Qarabağ”la eyni mövsümün hər iki səfər görüşündə 3 xal qazanan 3-cü komanda olub. 2001/02 mövsümündə “Şəmkir” (3:1, 2:0), 2020/21 mövsümündə “Neftçi” (2:1, 2:1) Ağdam klubunun meydanında 6 xal əldə edib.
Qeyd edək ki, ölkə çempionatları 2013/14 mövsümündən 4 dövrədə keçirilir. Bunadək iki mərhələdə keçirilən 1998/99, yarımçıq qalan2001/02 və 2009/10-2012/13 mövsümlərində də bir komanda eyni rəqiblə iki dəfə səfərdə qarşılaşa bilib.
- "Şahin Diniyev komandanı özü yığdı, nəticəsi də göz qabağındadır" - Ramiz Məmmədov
- Dambrauskas: “Nəyə görə daim "Qarabağ" haqda suallar verirsiz?”
- “Qarabağ” və AVIS arasında tərəfdaşlıq müqaviləsi imzalandı
- A seriyası klubunda baş məşqçi istefası
- “Siti”dən 8 qollu qələbə, “Liverpul” növbəti mərhələdə