“Qarabağ” Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümünə iki böyükhesablı qələbə ilə başlayıb.
Apasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, ölkə çempionatlarının 32 illik tarixində 5-ci dəfə bir komanda startda iki böyükhesablı qalibiyyət əldə edib.
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv “Araz-Naxçıvan”a 4:1, “Kəpəz”ə 3:0 hesabı ilə qalib gəlib.
Ağdam klubu bunu üçüncü dəfə bacarıb. 1993/1994 və 2003/2004 mövsümlərində də oxşar ssenari yaşanıb.
2000/2001 mövsümündə “Neftçi” ilk iki oyununda üç və ya daha çox top fərqilə qalib gəlib. Sonuncu belə start isə 2008/2009 mövsümündə gerçəkləşib. 16 il əvvəl “Qəbələ” ilk iki görüşdə böyük hesabla qalib gəlib.
- “Qızıl top”un mükafatlandırma mərasiminin tarixi açıqlandı
- Vinisius "Çelsi"dən daha çox cərimə meydançasında topla oynayıb
- “Sumqayıt”ın baş məşqçisi: “Rotasiya ilə bağlı problemlər yaşadıq”
- Rahil Məmmədov millinin heyətindən çıxarılıb
- ABŞ-də keçiriləcək mundial təhlükədə: Avropadan boykot çağırışları