"Qarabağ" yanvarda 3 oyun KEÇİRƏCƏK
08.01.2024 - 15:06

Qış məşq toplanışını davam etdirən "Qarabağ" yanvar ayında 3 oyuna çıxacaq.
Apasport.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, 3 oyundan 1-i yoxlama, digər 2-i isə rəsmi matçlardır.
Yoldaşlıq görüşü yanvarın 15-də "Zirə"yə qarşı keçiriləcək. Matç Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
Yanvarın 23-də komanda eyni arenada "Araz Naxçıvan"ı qəbul edəcək. Ağdam komandasının "Kəpəz"lə səfər matçının vaxtı (26-28 yanvar) isə dəqiqləşdirilməyib.
Qeyd edək ki, son 2 matç Premyer Liqanın 19 və 20-ci turları çərçivəsində təşkil olunacaq.
- Turan Daşdəmirov dünya çempionatının finalında
- Türkiyəli atletlər “Tərəqqi” medalı ilə təltif edildi - SƏRƏNCAM
- Kristian Ştrayx: “Qarabağ”dan məhz bu oyunu gözləyirdik”
- Onun üçün bir mikrorayonun pulunu vermişdilər: "Bakıda çoxlu..."
- Regekampf: "Fanatlarımızın dəstəyi ilə titula yiyələnmək istəyirik" - MÜSAHİBƏ
0
0