Minifutbol üzrə ölkə çempionatında 5-ci turun oyunları keçirilib.
Azərbaycan Minifutbol Federasiyasından apasport.az saytına verilən məlumata görə, turun iki günü ərzində 8 matç baş tutub.
“Zəfər” komandası “Veteran”a, son çempion “Birbaşa Bakı” isə “Odlar Yurdu”na qalib gəlib. “Qarabağ” , “Sumqayıt”, “Real” Bakı, “Dinamo” Gəncə, “Xəzər” və “Aznur” komandaları da turu qələbə ilə başa vurublar.
Beş turdan sonra turnir cədvəlinə “Qarabağ” başçılıq edir. Sonrakı yerlərdə müvafiq olaraq “Zəfər” və “Birbaşa Bakı” komandaları qərarlaşıblar.
Qeyd edək ki, növbəti turun oyunları yanvarın 7-10 da keçiriləcək.
- Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
- Ağırlıqqaldırma Federasiyasının prezidenti: “İrəvanda Azərbaycan bayrağına qarşı edilmiş hərəkət bizi çox məyus etdi”
- “Çelsi”dən 70 milyonluq transfer
- Rumıniya – Ukrayna matçının ən yaxşısı bilindi
- Rövşən Nəcəf UEFA-nın İcraiyyə Komitəsinin üzvü ilə görüşüb