
“Qarabağ”ın bəzi futbolçularına istirahət verilib.
Apasport.az saytına verilən məlumata görə, Ağdam klubunun aparıcı və milli komandada oynayan oyunçularına istirahət üçün zaman tanınıb.
Onlar arasında Toral Bayramov, Elvin Cəfərquliyev, Marko Veşoviç, Marko Yankoviç, Yassin Benzia da var.
Belə ki, mövsüm ərzində həm klubda, həm də millidə oynayaraq yüklənən futbolçuların istirahətə daha çox ehtiyacı olduğundan komandanın baş məşqçisi Qurban Qurbanov bu addımı atıb. İstirahət maksimum 1 həftəlik olub.
Həm klubda, həm də millidə oynayan oyunçuların “Turan Tovuz”la görüşdə meydana çıxacaqları gözlənilmir.
- Azər Bağırov "Araz Naxçıvan" üçün "Qarabağ" sistemini seçdi - MÜSAHİBƏ
- Rüfət Əhmədov: "Səviyyə fərqi meydançada hiss olunur" - Müsahibə
- “Sabah”ın baş məşqçisi: “Final seriyasına layiq oyun oldu”
- Martines: "Neymar qarşı oynadığım ən yaxşı futbolçudur"
- Türkiyəli güləşçi qələbə qazandı, bayrağımızı öpdü - VİDEO