"Qarabağ"da şok itki: 4-6 həftə oynamayacaq
11.12.2024 - 11:19

Azərbaycan millisinin və "Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə zədələnib.
Apasport.az xəbər verir ki, o, sabah İsveçdə "Elfsborq"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının matçını buraxacaq.
Futbolçunun bud arxa əzələsində zədə aşkarlanıb. Millimizin üzvü bu səbəblə 4-6 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, "Qarabağ"ın daha öncə zədələnən 2 futbolçusu - Aleksey İsayev və Kevin Medina da görüşü buraxacaqlar.
- "Barselona" ilə "Real" rəhbərliyi arasında münasibətlər korlanır
- Millimizin Avropa çempionatının ilkin mərhələsindəki rəqibləri açıqlanıb
- Təmsilçilərimiz Çempionlar Liqasında mübarizəyə başlayır
- Cenk Tosun “Beşiktaş”da qalmaq istəmir
- Avropa çempionatında iştirak edəcək cüdoçularla görüş keçirilib - FOTO
0
0