“Qarabağ”dan növbəti transfer - RƏSMİ
16.06.2026 - 19:54
“Qarabağ”dan növbəti transfer - RƏSMİ

"Qarabağ" növbəti transferini gerçəkləşdirib.

Apasport.az Ağdam klubuna istinadən xəbər verir ki, Portuqaliyanın "Portimonense" klubu ilə danışıqlar müsbət nəticələnib və Samuel Lobato "Qarabağ"a keçib.

24 yaşlı portuqaliyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. O, komandada 28 nömrəli formanı geyinəcək.

2025-ci ildən "Portimonense"də çıxış edən orta sahə oyunçusu ilk dəfə legioner həyatı yaşayacaq. Lobato 2015-2021-ci illər aralığında Portuqaliyanın məşhur "Sportinq" klubunun akademiyasında yetişib. O, karyerası ərzində həmçinin "Famalikao", B SAD və "Tondela" klublarında da çıxış edib.

Qeyd edək ki, Samuel Lobato yay transfer pəncərəsində "Qarabağ"a qoşulan üçüncü futbolçudur. Onadək Jali Mauddib və Zakaria Savonun keçidi rəsmiləşmişdi.